YAP Nərimanov rayon təşkilatında yeni yaradılmış Uşaq Serebral iflic Mərkəzinin “SəN əN SAÄžLAMSAN!” layihəsinin təqdimatı keçirilmişdir.
YAP Nərimanov rayon təşkilatının, Uşaq Serebral iflic Mərkəzinin və Ömür Klinikasının birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Uşaq Serebral iflic Mərkəzinin təsisçi və işçi qrupu, Ömür Klinikasının rəhbəri Məmməd Məmmədov, Uşaq Bərpa Mərkəzinin əməkdaşları, serebral iflicdən əziyyət çəkən bir qrup gənclər, onların valideynləri və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Serebral iflicdən əziyət çəkən və yeni yaradılmış mərkəzin əməkdaşı Azər əlizadə ilk növbədə ona yaradılan şəraitdən dolayı YAP Nərimanov rayon təşkilatının rəhbərliyi başda olmaqla hər kəsə öz təşəkkürünü bildirdi. Azər bu xəstəliyin onda aşkar olunduqdan sonra keçdiyi həyat yolundan, tibbi proseslərdən, ona tətbiq olunan psixoloji və fizioloji müalicə üsullarından danışdı. O həmçinin qeyd etdi ki, bu xəstəlik aşkar olunan insanlar özlərini cəmiyyətin üzvü hesab etməli, aktiv həyatdan yayınmamalıdırlar.O, bu xəstəlikdən əziyyət çəkən insanları və onların valideynlərini düzgün müalicə üsulları ilə tanış etmək, doğru psixoloji yanaşma tərzini aşılamaq yeni yaradılmış bu mərkəzin əsas məqsədlərindən biri olduğunu bildirdi. Bu layihənin davamlı tədbirlərlə cəmiyyət qarşısında çıxış edəcəklərini söylədi.
Sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev belə bir tədbirin ilk olaraq YAP Nərimanov rayon təşkilatında keçirilməsindən məmnunluq hissi duyduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan dövləti hər zaman sosial yardıma, dəstəyə ehtiyacı olan hər kəsə öz dəstəyini dünyaya örnək şəkildə həyata keçirir. Bu mənada Dövlət başçısı cənab ilham əliyevin uşaq hüquqlarının müdafiəsi və sosial dəstəyə ehtiyacı olan insanlarla bağlı atdığı addımlar, birinci vitse-prezident Mehriban əliyevanın bu sahədə gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və sizin kimi insanların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Dövlətimiz tərəfindən gələcəyimiz olan uşaqların, gənclərin vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Nərimanov rayon icra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının diqqət mərkəzində olmuşdur. T. Tağıyev sonda YAP Nərimanov rayon təşkilatı olaraq hər bir zaman bu mərkəzin fəaliyyətinə dəstək olmağa hazır olduğunu bildirmişdir.
Sonra Ömür Klinikasının rəhbəri Məmməd Məmmədov, bu sahənin peşəkarı olan həkimlər, Nərimanov rayonunda yerləşən Uşaq Bərpa Mərkəzinin nümayəndələri və digərləri çıxış edərək bu xəstəliklə mübarizə ilə bağlı öz tövsiyyələrini bildirdilər və yeni yaradılmış mərkəzə uğurlar arzu etdilər.
Sonda Mərkəzin gələcək planları və təklifləri müzakirə olundu.
Bununla da tədbir öz işini başa vurdu.
Qeyd edək ki, Serebral iflicdən əziyyət çəkən insanlara diqqətin artırılmasını özündə əks etdirən bu mərkəz Nərimanov rayonunda yerləşən Ömür Klinikasında öz fəaliyyətini davam etdirəcəkdir.
Belediyye.info
|
|
|
|
|
|